Yeni “Aston Martin” avtomobillərində problem aşkarlandı

“Aston Martin” ABŞ-də 1452, digər bazarlarda isə 120-dən çox avtomobilini geri çağıracaq.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, 2024 və 2025-ci il istehsalı olan üç “Aston Martin” modelində arxa görüntü kamerasında problem aşkar edilib. Bu problem görüntünün düzgün göstərilməsinə mane ola bilər.

Bəzi hallarda problemi yalnız proqram təminatını yeniləməklə həll etmək mümkün olmur.

Geri çağırılma 2024-cü ilin mart ayından etibarən istehsal edilmiş “DB12”, “DBX707” və “Vantage” modellərinə aiddir. Sentyabrdan əvvəl zavoddan çıxan superkarlarda və krossoverlərdə bu problemi rəsmi servis mərkəzində proqramın yeniləməsi ilə aradan qaldırmaq mümkündür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More