Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More