Ceyhun Bayramov: “Azərbaycandan Türkiyəyə 20 milyard ABŞ dolları sərmayə qoyulub”

“Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16, Azərbaycandan Türkiyəyə isə 20 milyard ABŞ dolları sərmayə qoyulub”.

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir:

“Bununla yanaşı, biz Xəzər bölgəsində, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Avropa bazarlarına çıxarılması üçün birlikdə çalışırıq”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More