Ceyhun Bayramov: “Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi mühüm əhəmiyyət kəsb edir”

“Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi bölgəyə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin əlavə edib ki, Qəzzada tərəflərin atəşkəs və girovlara dair razılaşmaya riayət edəcəklərinə ümid edir:

“İnanırıq ki, bu, münaqişənin sona çatması üçün əhəmiyyətli olacaq. Azərbaycan münaqişənin BMT-nin qətnamələrinə uyğun həllinin tərəfdarıdır və bu istiqamətdə mövqeyimiz davam edəcək”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More