Fitch”: “2025-26-cı illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 2.7% təşkil edəcək

2025-ci ildə Azərbaycanda ÜDM artımı 3%, 2026-cı ildə isə 2.4% təşkil edəcək.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqinin təsdiqlənməsinə dair hesabatında deyilir.

Beləliklə, 2025-26-cı illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 2.7% təşkil edəcək.

Agentlik qeyd edir ki, 2024-cü ildə Azərbaycanda ÜDM artımı ölkədə neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının iqtisadi səmərəliliyi fonunda 4.1%-ə qədər sürətlənib (2023-cü ildə 1,1%).

“Biz artımın 2025-ci ildə 3%-ə, 2026-cı ildə isə 2.4%-ə qədər yavaşlayacağını gözləyirik, lakin artım yenə də dövlət investisiyaları ilə dəstəklənəcək”, – agentlik bildirir.

“Fitch” Azərbaycanda neft hasilatının azalma tempinin yavaşlaması tendensiyasının davam edəcəyini və qaz hasilatının artımı ilə müşayiət olunacağını gözləyir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3.5%, 2026-cı ildə isə 2.8% artacağını proqnozlaşdırır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More