İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər, həmçinin YPX avtomobilinin sürücüsü xəsarət alıb.

İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirənlərlə bağlı məlumat və xəsarət alan şagirdlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təxliyə olunan şəxslərdən bir nəfərin (qadın cinsli) xəstəxanada, bir uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan üç uşaq (qadın cinsli) biri kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanır.

İmişli şəhərində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alan yol patrul xidmətinin inspektorudur və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yaralıların müalicəsi davam etdirilir.

İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin hansı məktəbdə oxuduqları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən məktəblilər İmişli rayonu Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olublar.

Hadisə bu gün saat 12:30-da, məktəblilər dərsdən evə gedən zaman baş verib. Qəzada iki nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zenfira Sevdimalı Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır:

“Ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq”.

Əzizə İsmayılova

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki uşaq həyatını itirib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib:

“Onlardan ikisi həyatını itirib, digər azyaşlılar və sürücü isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır”.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More