İtaliya A Seriyası: “Roma” “Cenoa”ya qalib gəldi

İtaliya A Seriyasında 21-ci turunda “Roma” və “Cenoa” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyun Romadakı “Olimpiko” stadionunda baş tutub və 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Hesabı 25-ci dəqiqədə “Roma”nın hücumçusu Artyom Dovbik açıb. 33-cü dəqiqədə “Cenoa”nın yarımmüdafiəçisi Patritsio Mazini tarazlığı bərpa edib. 60-cı dəqiqədə Stefan El Şaaravi “Roma”nı hesabda irəli çıxarıb. İkinci hissənin ortalarında qonaq komandanın qapıçısı Nikola Leali avtoqola imza atıb.

“Roma” İtaliya A Seriyasının turnir cədvəlində 21 oyundan sonra 27 xal toplayıb. “Cenoa” 21 oyunda 23 xal toplayıb və 11-ci yerdədir. Birinci yerdə 20 oyundan 47 xalı olan “Napoli” qərarlaşıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More