Kiyevin mərkəzinə raket hücumu olub, azərbaycanlılara məxsus obyektlər və ev dağılıb

Yanvarın 18-i səhər saatlarından etibarən Ukraynanın paytaxtı Kiyev növbəti dəfə güclü raket hücumlarına məruz qalıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Kiyev Fövqəladə Hallar Xidmətinin rəsmisi Pavlo Petrovun verdiyi məlumata görə, üç nəfər həlak olub.

“Səhər tezdən həyəcan siqnallarının ardınca Rusiya ordusu tərəfindən raket hücumları Kiyevin Şevçenko rayonu üzrə başlayıb. Nəticədə üç nəfər həlak olub. Yaralananların sayı dəqiqləşdirilir. 10 avtomobil, 20-yə qədər yaşayış evi ya məhv olub, ya da ciddi zədələnib. Hazırda axtarış və yardım işləri tərəfimizdən davam etdirilir. Dağıntılar arasında mağazalar, metro stansiyası, yaşayış evləri, ticarət mərkəzi və sair var. Hazırda hər dağılan evdə, obyektdə ayrıca qruplar dağıntılar altında axtarış aparırlar.

Hücumlar nəticəsində ərazidə yaşayan azərbaycanlılar da zərər görüblər. Onlara məxsus dörd müxtəlif obyekt və ev dağılıb”, – P.Petrov əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More