“Mançester Siti” Erlinq Holandla müqavilə müddətini uzadacaq

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Erlinq Holandla müqavilənin müddətini uzadacaq.

Oxu.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, 2022-ci ildən “şəhərlilər”in formasını geyinən Erlinq Holand iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More