Şahmatçımız “Tata Steel Chess” beynəlxalq turnirində mübarizə aparacaqlar

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” beynəlxalq şahmat turnirinə start veriləcək.

Oxu.Az-ın məlumatına görə, şahmatçımız Aydın Süleymanlı turnirin “Challengers” yarışında çıxış edəcək.

Təmsilçimiz Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L’Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk turda Aydının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More