Bələdiyyə seçkisində bir dairədə iki uzunömürlü səs verəcək

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisində 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 2 nəfər səs verəcək.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, onlar 102 yaşlı Rüstəmova Həcər Ağasalah qızı və 102 yaşlı Zamanov Əbiş İbiş oğludur.

Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 210 namizəd qeydə alınıb. 50 048 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 məntəqə mövcuddur. Məntəqələrdə 14-də veb kamera quraşdırılıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More