“Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın XIX turunda “Kəpəz”ə 2:5 hesablı məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis bu məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını söyləyib:
“Kəpəz” layiqli qələbə qazandı, onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bugünkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik”.
Qeyd edək ki, “Turan Tovuz” hazırda turnir cədvəlində 32 xalla dördüncü pillədə qərarlaşıb.