Rusiyanın Orenburq şəhərinin yaxınlığındakı Mednoqorskda yeniyetmə qatarın damında yanıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videonu “Ostorojno, novosti” “Telegram” kanalı yayıb.
Qeyd olunur ki, o, gecə saatlarında qatarın üzərinə çıxıb, lakin naqillərə toxunduğu üçün elektrik cərəyanının təsirinə məruz qalıb və alovlanıb. Bəzi versiyalara görə, o, selfi çəkmək istəyib.
Məlumata görə, gəncin 17 yaşı var. Hadisəni yoldan keçənlər görüb və təcili yardım çağırıblar. Nəşr yeniyetmənin sağ qaldığını və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparıldığını bildirib.