Tacikistan millisinin üzvü Azərbaycanda oynayacaq

“Kəpəz” yeni transferini reallaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanılıb:

“Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində “İstiklol”da çıxış edib. Ş.Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb və 6 qolla yadda qalıb”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More