ABŞ-nin Los-Anceles şəhərində UFC 311 döyüş turniri keçirilib. Yüngül çəkidə (70 kq-a qədər) çempion, rusiyalı İslam Mahaçev reytinqdə on nömrəli braziliyalı Renato Moikano ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Mahaçev boğma fəndi ilə rəqibini təslim olmağa məcbur edib.
Digər qarşılaşmada indiyədək məğlub olmayan rusiyalı döyüş ustası Umar Nurməhəmmədov ağır çəkidə çempion Merab Dvalişvili ilə qüvvəsini sınayıb.
Beş raund davam edən döyüş hakimlərin yekdil qərarına əsasən Dvalişvilinin qələbəsi ilə yekunlaşıb. Umar isə karyerasında ilk məğlubiyyətini alıb.
Qalib gəlmiş hər iki idmançı çempionluq titullarını qoruyub.