1980-ci illərin sonunda erməni təcavüzkarların Azərbaycan torpaqlarını işğal etməsinə qarşı Bakı meydanlarında toplaşanlardan biri də Nazim Ələkbərov idi.
1990-cı il yanvarın 20-də törədilən qırğının şahidi olan N.Ələkbərov xalq hərəkatı üçün çalışır, etiraz iştirakçılarına yemək, odun daşıyırdı.
Bu barədə N. Ələkbərov PhotoStock.az-a danışıb:
O, faciənin ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən Nazim Ələkbərov yanvarın 19-dan 20-nə keçən gecədə yaşadığı dəhşətləri danışıb.
Daha çox foto burada: PhotoStock.az