62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək

Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub.

Oxu.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yahyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yahyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.

Yahya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla isə bədəninə vurub.

Məhkəmənin qərarı ilə Yahya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More