Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Redinq Rokets” basketbol klubu FA ölkə kubokunun qalibi olub.

Oxu.Az xəbər verir ki, “Redinq Rokets” finalda “Hemel Storm” klubuna qalib gəlib (108:83).

Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.

“Bu, çox gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq. “Readinq Rockets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik”, – deyə S.Nuruzadə bildirib.

Qeyd edək ki, millinin sabiq çalışdırıcısının komandası ötən mövsüm İngiltərə Basketbol Liqasının (EBL) finalında “Hemel Storm”a uduzmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More