Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər, Müdafiə nazirliklərinin, eləcə də Dövlət Sərhəd xidmətinin rəhbər şəxsləri və əməkdaşları 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.