İngiltərə millisinin sabiq yarımmüdafiəçisi İtaliya A seriyasının autsayderinə keçdi

İngiltərə milli futbol komandası və “Tottenhem” klubunun sabiq üzvü Dele Alli İtaliya A Seriyasının “Komo” klubuna keçib.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, 28 yaşlı ingilis 2026-cı ilin yayınadək müqavilə imzalayıb.

Müqaviləyə, həmçinin daha bir mövsüm uzatma seçimi də daxil ediləcək.

İngilis futbolçu 2024-cü ilin yayında “Everton”dan ayrılıb, o vaxtdan sərbəst agent statusunda qalıb. Klub karyerasında o, həmçinin İngiltərənin “Milton Keyns Dons” və Türkiyənin “Beşiktaş” klublarında çıxış edib. Alli 2015-2022-ci illərdə “Tottenhem”in heyətində oynayıb.

Alli İngiltərə milli komandasının əsas heyətində 2015-ci ildə debüt edib. Ümumilikdə milli komanda üçün 37 oyun keçirib və üç qol vurub. Futbolçunun 28 yaşı var və mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More