“Adana Dəmirspor”u 4:0 hesabı ilə məğlub edən “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransına gecikdiyi üçün üzr istəyib.
Oxu.Az “HaberGlobal”a istinadən xəbər verir ki, Türkiyə Superliqasının 20-ci turunda “Adana Dəmirspor”u 4:0 hesabı ilə məğlub edən “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı qeyri-adi olub.
Görüşə gecikən Mourinyo “Gecikdiyim üçün bağışlayın. Yeməklər çox gözəl idi. Kabab çox gözəl idi”, – deyərək görüşə fərqli şəkildə başlayıb.