Neymar sabiq komandasına geri qayıdır

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar vətəninə qayıdaraq peşəkar karyerasına başladığı “Santos”la müqavilə imzalayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.

Mənbə iddia edir ki, “Santos” “Əl-Hilal”a rəsmi təklif göndərib. Ərəb klubu yüksəkmaaşlı futbolçudan qurtulmağın əleyhinə deyil.

Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın “Paris Saint-Germain” (PSJ) klubundan “Əl-Hilala” keçib. O, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb.

18 oktyabr 2023-cü ildə Neymar Braziliya millisinin Uruqvayla matçında zədələnib – çarpaz bağları və meniski yırtılıb. Onun sağalması üçün təxminən on ay vaxt lazımdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More