Samir Abasov: “Həddindən artıq ümidli, motivasiyalı idik”

“Həddindən artıq ümidli, motivasiyalı idik”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XIX turunda “Sabah”la oyundan (1:1) sonra bildirib.

Mütəxəssis futbolçuların yaxşı mübarizə apardığını vurğulayıb:

“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələ toplanışında klubumuzun televiziyasına müsahibəmdə hazırlığımızın necə möhtəşəm keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki… Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox şans vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, “Neftçi” adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək”.

Qeyd edək ki, “Neftçi” 19 turdan sonra 18 xalla yeddinci yerdə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More