Türkiyədə məşhur aktrisa Deniz Işın məhkəməyə çağırıldı: Ayşe Barım istintaqı davam edir

Türkiyədə menecer Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində şahid qismində ifadə verən Serenay Sarıkayadan sonra məşhur aktrisa Deniz Işın da zərərçəkmiş qismində ifadəsinin alınması üçün Baş Prokurorluğa çağırılıb.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Deniz Işının dekabrın 21-də yerli vaxtla saat 11 radələrində məhkəmə binasına gələrək ifadə verəcəyi gözlənilir.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən “ID Consulting Limited” şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın “iş azadlığının pozulması” və “şantaj” kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.

Qeyd edək ki, Ayşe Barım film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlmişdi. Əks fikirdəki aktyorları sektordan uzaqlaşdırdığı ilə bağlı tənqidlərə məruz qalan Barım istintaq prosesində bu iddialarla bağlı da sorğu-sual olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More