Vüsal Aslanov: “Bakı metrosunda geri dönüş tunelləri tikiləcək”

“Bakı metrosunda “İçərişəhər” və “Xətai” stansiyalarında geri dönüş tunelləri tikiləcək”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, qatarlararası intervalı saxlamaq və qatarın son stansiyaya çatıb dərhal geri qayıtması üçün texniki fasilə lazımdır.

“Bu fasilə nə qədər qısa olarsa, interval bir o qədər limitlənmiş olur. İntervalın azaldılması üçün növbəti tədbirimiz dayanıqlı elektrik gərginliyinin təmin olunmasıdır. Hazırda yeni nəsil vaqonlardan istifadə edirik. Onların enerji sərfiyyatı isə köhnə nəsil vaqonlardan daha çoxdur. Bir fider zonasında (feeder zone – qidalandırıcı zona – red.) olan qatarların sayını artırmaq üçün artıq elektrik təsərrüfatımızda auditə başlamışıq. Həmin auditin nəticəsində əlavə gücləndirmə tədbirləri icra edəcəyik ki, bir fider zonasında intervallar qısa olduğu zaman digər fider zonasında daha çox qatarın hərəkət etməsini təmin edə bilək.

Bu həllər yaxın gələcəkdə növbəli qaydada icra olunacaq və hər məsələ həll olunduqca qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik”, – deyə metropoliten rəhbəri bildirib.

Onun sözlərinə görə, bütövlükdə bu tədbirlər ilyarım, iki il ərzində davam edəcək və nəhayət, sonda bütün xətt boyunca intervalları iki dəqiqəyə kimi sala biləcəklər.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More