“Ermənistan Cənubi Qafqazda bütün kommunikasiyaların blokdan çıxarmağa hazırdır”.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
“Mən Ermənistanın bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair baxışını təsdiqlədiyimə şadam və bunun “Sülh kəsişməsi” layihəsi çərçivəsində həyata keçirilməsi gözlənilir”, – deyə o qeyd edib.
Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasını və bu əlaqələrin bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur.