Hansı şəxslər ABŞ ordusunda xidmət etməyəcək?

ABŞ Prezidenti Donald Tramp transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, Tramp sələfi Co Baydenin sərəncamını ləğv edib. Bildirilir ki, yeni qadağa hələ tətbiq olunmasa da, bu müddəanın ləğvi gələcəkdə onun fəaliyyətinə imkanlar açır.

“Tramp yeni qadağanı tətbiq etməsə də, Bayden dövrünün sərəncamının ləğvi bu istiqamətdə yol açır”, – deyə “Politico” qeyd edib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2019-cu ildə Trampın ilk qadağasının tətbiqinə qədər orduda 8 minə qədər transseksual xidmət edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More