Mərkəzi küçədə qoşa xəttin tələbini pozan “Gelandewagen” sürücüsü CƏRİMƏLƏNDİ

Bakının mərkəzi prospektində qaydaların ziddinə gedən sürücü digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, 90-TH-222 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsü Neftçilər prospektində hərəkət edərkən qoşa xəttin tələblərini kobud şəkildə pozaraq digər sürücülərin həyatını təhlükə altına atıb. Qayda pozuntusunun görüntüləri sürücünün özü tərəfindən sosial şəbəkələrdə paylaşılıb və bu addım ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

“Ərazidə xidmət aparan Dövlət Yol Polisinin əməkdaşı tərəfindən qayda pozuntusu vizual olaraq aşkarlanıb və “Mercedes-Benz” markalı, 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb”, – deyə T.Nəsirli bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More