Orijinal olmayan avtomobil şüşələri: Aşağı qiymətin arxasında nə durur?

“Avtomobil üçün qeyri-orijinal şüşələrinin alınması sərfəli həll kimi görünə bilər, lakin bu, bir çox gizli risklər daşıyır”.

Oxu.Az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Vadim Strelbitski xəbərdarlıq edib.

O, ilk olaraq bildirib ki, ucuz şüşələr orijinaldan fərqli olaraq asanlıqla zədələnir.

“Hətta kiçik daş zərbəsi belə dəyişdirilməsi tələb olunan çatlara səbəb ola bilər”, – deyə ekspert bildirib.

Beləliklə, aşağı davamlılığına görə şüşələrin tez-tez dəyişdirilməsi zərurəti yaranır, bu isə təmir və ya dəyişdirmə üçün əlavə xərclərə səbəb olur.

Bundan başqa ucuz şüşələr təhlükəsizliyin pisləşməsinə gətirir.

“Belə şüşələr görünüşü təhrif edən nahamarlıq və qüsurlara malik olur. Bu çatışmazlıqlar xüsusilə gecə və ya pis havada nəzərə çarpır: qarşıdan gələn avtomobillərin işıqları koredici effekt yarada bilər”, – deyə Strelbitski vurğulayıb.

Mütəxəssis belə şüşələrin ultrabənövşəyi şüaların təsiri altında şəffaflığını tez itirdiyini qeyd edib.

“Bir neçə ay istifadədən sonra cızıqlar, sarılıq və tutqunluq əmələ gəlir ki, bu da görünüşü pisləşdirir və avtomobilin xarici görünüşünü korlayır”, – deyə o əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More