“Qarabağ” – FCSB görüşünün baş hakimi üç dəfə Azərbaycan komandalarının oyununu idarə edib

UEFA Avropa Liqasında “Qarabağ”ın Rumıniyanın FCSB klubu ilə oyununu idarə edəcək Filip Qlova daha əvvəl də Azərbaycan təmsilçilərinin matçına təyinat alıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi Azərbaycanın əsas və U-21 yığmasının, həmçinin “köhlən atlar”ın avrokubok görüşlərində iş başında olub.

İlk belə matç 2018-ci ilə təsadüf edib. U-21 yığmamız FIFA referisinin idarə etdiyi Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmasında səfərdə İrlandiyaya uduzub – 0:1

F.Qlova 2019-cu ildə ölkəmizə gəlib. O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – APOEL (Kipr) oyununun (2:2) baş hakimi olub.

2016-cı ildən beynəlxalq təyinat alan ədalət təmsilçisi 2020-ci ildə Azərbaycan millisinin səfərdə Kipri 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fit çalıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More