Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.
Türkiyədə Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hoteldə güclü yanğın baş verib.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.
İlkin məlumata görə, yanğın nəticəsində altı nəfər ölüb, 21 nəfər yaralanıb.
Bolu vilayətinin valisi Əbdüləliz Aydın ölənlərin və yaralananların yerli vətəndaşlar olduğunu bildirib.