Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turuna bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” klubu “Dinamo Kiyev”i doğma meydanda qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, qarşılaşmanı Kritsto Toverin başçılıq etdiyi estoniyalı hakimlər briqadası idarə edəcək.
21 yanvar
UEFA Avropa Liqası
VII tur
Saat 19:30, “Qalatasaray” – “Dinamo Kiyev”.