UEFA Avropa Liqası: “Qarabağ” – FCSB oyununun təyinatları bəlli olub

Bakıda “Qarabağ” və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona Daniel Polaçek və Peter Bednar kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Lukaş Zivyak yerinə yetirəcək. VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.

Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.

Qeyd edək ki, “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Azərbaycan çempionu turnir cədvəlində 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More