2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, yaşıl iqtisadiyyat və elektron ticarət sahələrində innovativ həllərdir.

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün KOBİA ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.

“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, yaşıl iqtisadiyyat və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən, “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More