İmişlidəki qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş

İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

Oxu.Az “Unikal”a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.

Onun anası Vahidə Ənvər qızı Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış – 2016-cı il fevralın 10-da xəstəlikdən vəfat edib.

Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More