Nuri Şahinin “Borussiya Dortmund”dakı erası başa çatdı

Almaniya Bundesliqasının “Borussiya Dortmund” klubu baş məşqçi Nuri Şahinlə yollarını ayırdığını rəsmən açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi “X” səhifəsində paylaşım edilib.

Məlumata görə, “Borussiya Dortmund” dekabrın 21-də UEFA Çempionlar Liqasında “Bolonya”ya 2:1 hesablı məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, klub “Bolonya”ya məğlub olmaqla, dördüncü məğlubiyyətini yaşayıb. Bu nəticə komandanın son 9 oyunda cəmi bir qələbə qazanaraq 10-cu yerə düşməsi ilə yanaşı, baş məşqçi Nuri Şahinlə də bağlı qərarın verilməsinə səbəb olub.

Bildirək ki, Nuri Şahin “Borussiya Dortmund”da baş məşqçi kimi 27 oyun keçirib və bu müddətdə 12 qalibiyyət, 4 heç-heçə və 14 məğlubiyyətlə üzləşib. O, hər oyuna orta hesabla 1.48 xal toplayıb. Komanda 18 oyunda topladığı 25 xalla Bundesliqada 10-cu, Çempionlar Liqasında isə 7 oyundan sonra 12 xalla 13-cü pillədə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More