“Turan Tovuz” heyətini braziliyalı hücumçu ilə gücləndirib

“Turan Tovuz” xeyli müddətdir danışıqlar apardığı Jo Batista ilə anlaşıb.

Oxu.Az “Sportinfo”ya istinadən xəbər verir ki, buna kimi Rəhim Sadıxov, Anton Kraçkovski, Orxan Əliyev və Kauanla müqavilə bağlamış əyalət təmsilçisi braziliyalı hücumçunu artıq düşərgəsinə gətirib. 29 yaşlı “sambaçı” ilə 2.5 illik müqavilə imzalanıb.

Sözügedən forvard indiyədək 13 klubun formasını geyinib. “Uniao Sao Joao”, “Moqi Mirim”, “Marília” “Kapivariano”, “Taubate”, “Frankana”, “Komersial-MS”, “Linens”, “Mito HolliHok”, “Yuventus Yaraqua”, “Anqra dos Reys” və “Sportinq Kovilha”nın uğurları üçün tər töküb.

Qeyd edək ki, Cənubi amerikalı 2022-ci ildən “Çaves”in uğurları üçün tər tökürdü. Portuqaliyanın I Liqasını tərk edən “Çaves” müəyyən təzminat qarşılığında onunla yollarını ayırmağa razılaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More