Vüsal Qasımlı: “11 dövlət proqramının idarə edilməsində 60-a yaxın qurumla 150 iclas keçirilib”

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin – “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 2024-cü ilin oktyabr ayında Prezident İlham Əliyev daha bir mühüm sənədin – “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın monitorinq və qiymətləndirilməsini Mərkəzə tapşırıb:

“İl ərzində 11 dövlət proqramının idarəedilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb. Mərkəz tərəfindən dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün “Layihə idarəetməsi” modulu hazırlanıb”.

Vüsal Qasımlı: “11 dövlət proqramının idarə edilməsində 60-a yaxın qurumla 150 iclas keçirilib”





Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More