Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Albanlara aid tarixi abidələrin mövcud olduğu kənd” adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar toponimi, Aldərə hidronimi və Alladərə oronimi haqqında söz açılıb.

Bildirilib ki, haylar və daşnaklar xalqımıza qarşı düşmənçilik siyasətini davam etdirərək rayon, kənd, yer, yurd adlarını yadlaşdırıb milli ünvanların izini itirməyə çalışıblar.

Aldərə – Zəngəzur mahalının Meğri rayonunda kənd adıdır. 1831-ci ildən yalnız azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb. 1920-ci ildə kənd sakinlərindən sağ qalanlar geri qayıtsalar da, 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.

Aldərə – Zəngəzur mahalının Meğri rayonunda çay adıdır.

Alırzalar – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonunda kənd olub.

Alişar – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə boşaldılıb. 1920-ci ildə kəndə yenidən qayıdan sakinlər Sofulu, Şıxlar (Qızıl Şəfəq) kəndlərinə köçürülüb və kənd 1940-cı ildə ləğv edilib.

Alyurd – Zəngəzur mahalının Qafan rayonunda mədən yeri olub.

Alladərə – Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayon ərazisində çöl olub.

Allar – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd adıdır. Azərbaycanlıların yaşadığı kənd 1914-cü ildə ləğv olunub.

Sonda vurğulanıb ki, bu toponimlər də ermənilərin gizli və məkrli addəyişmə planlarının qurbanı olub: “İndi hayların tarixboyu havadarların dəstəyinə güvənərək reallaşdırdıqları bu hiyləgər planların üstündən artıq qara xətt çəkilir. Çünki azərbaycanlılara məxsus yaşayış məntəqələrinin tarixində yatan keçmiş bizi buna məcbur edir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More