Yer kürəsində maqnit qasırğası gözlənilir

Yer kürəsində dekabrın 24-də günəş plazma buludunun yaratdığı, M sinifli partlayışa aid olan maqnit qasırğası gözlənilir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

İlkin məlumatlara görə, maqnit qasırğası beş göstəricidən ibarət monitorinq şkalası üzrə G2 kimi qiymətləndirilir ki, burada G5 “Son dərəcə güclü”, G1 isə “Zəif”dir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More