9-cu mikrorayonda işıqforun işləməmə səbəbi nədir?

Bakı şəhəri, 9-cu mikrorayonda, Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun işləməməsi vətəndaşların şikayətinə səbəb olub.

Onlar bildiriblər ki, işıqforun işləməməsinə görə bir neçə dəfə qəza vəziyyəti yaranıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Oxu.Az-a açıqlamasında bildirib ki, işıqforun işləməməsinə səbəb onun elektrik enerjisindən qısamüddətli ayrılması olub:

“Ötən gün səhər saatlarında Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun iş rejiminə dəyişiklik edilməsi ilə bağlı texniki işlər görülüb. Bu səbəbdən işıqfor elektrik enerjisindən qısa müddətə ayrılıb. Elə həmin gün işlər başa çatdırıldıqdan sonra qurğuların fəaliyyəti bərpa olunub və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More