ABŞ-nin Tennessi ştatının Neşvill şəhərinin orta məktəbində baş vermiş silahlı insident nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Neşvill Polis Departamenti yayıb.
Silahlı insident məktəbin bufetində baş verib.
17 yaşlı şagirdin açdığı atəş nəticəsində məktəblilərdən biri hadisə yerində ölüb, digəri yaralanıb. Daha sonra atəş açan şəxs özünü də güllələyib. Hələlik hadisənin motivləri barədə məlumat verilmir, araşdırma aparılır.