Abşeronda avtomobil yolunda çökmə baş verib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.
Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.
Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də məlumatlıdır.
Bildirilib ki, həmin yolun bir neçə hissəsində adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyətindən isə ”Xəzər Xəbər”ə bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksəktəzyiqli su kəmərində baş vermiş qəza və nəticədə, su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb.
O da bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.
Ətraflı süjetdə: