Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ayrı-ayrı vaxtlarda ümumilikdə 26 şəxsə qarşı dələduzluq edən Nicat Fərmanzadə saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla müəyyən olunub ki, o, tanıdığı şəxslərin ailə üzvlərinə zəng edərək, onların övladlarına və ya digər yaxınlarına təcili pul lazım olduğunu deyib, etibardan sui-istifadə edərək zərərçəkmişlərə ümumilikdə 8 613 manat maddi ziyan vurub.
Keçirilən digər tədbirlərlə isə rayon sakini Nurlan Bayramov dələduzluq edərək digər şəxslərin adına onlardan xəbərsiz onlayn yolla kredit götürdüyü üçün saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.