Ermənistan iqtisadiyyatı İran və Rusiyaya görə təhlükə altındadır

Avropa İttifaqının İran və Rusiyaya qarşı sanksiyaları Ermənistan iqtisadiyyatı üçün çətinliklər yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin cari ildə ölkəni gözləyən risk və təhdidlərə dair illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ikinci dərəcəli sanksiyaların gücləndirilməsi ilə Ermənistan iqtisadiyyatı yeni məhdudiyyətlərlə üzləşəcək.

“Rusiya və İrana qarşı sanksiyaların yumşaldılması və ya dayandırılması ölkənin iqtisadiyyatına müsbət təsir göstərə bilər”, – deyə hesabatda vurğulanır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More