Həbib Nurməhəmmədovun qardaşı 6 ay müddətinə döyüşlərdən kənarlaşdırıldı

Rusiyalı döyüşçü Umar Nurməhəmmədov tibbi səbəblərə görə Kaliforniya ştatının Atletika Komissiyası tərəfindən 6 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru yazır.

Xatırladaq ki, yanvarın 19-da “UFC 311” turniri çərçivəsində baş tutan döyüşündə Nurməhəmmədov beş raund mübarizə aparıb. Yekunda Dvalişvili hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, Nurməhəmmədovun karyerasındakı ilk məğlubiyyət olub.

Qeyd edək ki, Umar Nurməhəmmədov məğlubedilməz döyüşçü Həbib Nurməhəmmədovun qardaşıdır. O, Dvalişvili ilə döyüşdə qolunu sındırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More