Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Məhsulun adı | Məhsulun miqdarı | İstehsalçı | İdxalçı | Məhsul partiyası |
Turşu lavaş | 14 850 kq | “Reza Ghaderi” | “Yedcon 2024” MMC | 17.10.2024-17.10.2026 |
Ərik qurusu | 4 110 kq | “Hasan Mohammadloo” | “Yedcon 2024” MMC | 20.09.2024-20.09.2025 |
Şirin çörək (keks) | 1 100 kq | “Shırın Gholat Bonab” | Fiziki şəxs Kamran Abdulla oğlu Kərimov | 25.09.2024-25.02.2025 |
Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.