Kolumbiyada ölkə tarixinin ən böyük kokain yüklərindən biri müsadirə edildi

Kolumbiyada ölkə tarixində ən böyük qaçaqmalçılıq cəhdlərindən birinin üstü açılıb və 8 tondan çox narkotik maddə olan kokainin daşınmasının qarşısı alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezident Qustavo Petro məlumat verib.

“Milli Polis Buenaventura limanında 8,2 ton kokain müsadirə edib. Bu, Kolumbiya tarixindəki ən böyük kokain müsadirələrindən biridir. Bu ay Milli Polis toplam 24 ton kokain müsadirə edib”, – dövlət başçısının “X” səhifəsindəki (keçmiş “Twitter”) bəyanatında deyilir.

“El Tiempo” qəzeti 2024-cü ildə Kolumbiyada 848,5 ton kokainin müsadirə edildiyini yazır ki, bu da 2023-cü ildəkindən 14% çoxdur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More