“Mançester Yunayted”in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmaq qərarına gəlib.
Oxu.Az insayder Din Consun məlumatına istinadən xəbər verir ki, MLS klubları (ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı, MLS – “Major League Soccer”-red.) Kazemironu transfer etmək istəyirlər.
32 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə klubu Kazemiro üçün 20 milyon avro tələb edir.