Paşinyan: “Parlamentin Aİ-yə üzvlüyə dair qanun layihəsini qəbul etmək ehtimalı yüksəkdir”

Ermənistanın baş naziri parlamentin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul etmək ehtimalının yüksək olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bunu Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə etdiyi çıxışında deyib.

“Əslində, bununla bağlı təşəbbüs ictimaiyyətin özündən gəlib, hökumət isə qanunvericilik aktını təsdiqləyib. Parlamentin onu qəbul etməsi ehtimalı böyükdür. Bu o demək olacaq ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq”, – deyə N.Paşinyan qeyd edib.

Bundan əlavə, o, Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanmasına ümid etdiyini bildirib.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More